Rusiya Qırğızıstana S-300 ZRS və vaksin verəcək

Rusiya Qırğızıstana S-300 ZRS və vaksin verəcək

Rusiya Qırğızıstana «Sputnik V» vaksini, S-300 zenit-raket sistemi (ZRS) və zərbə PUA-ları göndərəcək.

Bu həftə Qırğızıstan prezidenti Sadır Jarapovun Moskvaya səfərinin nəticəsi bundan ibarətdir. Bu barədə onun mətbuat katibi Qalina Bayterek danışıb. «Rusiyanın «Sputnik V» vaksininin tədarükü barədə razılaşma əldə olunub, bundan sonra Qırğızıstanda peyvəndləmə kampaniyası başlanacaq.

Kənd təsərrüfatı sahəsində cari ilin mart ayı ərzində texniki kömək qismində 4530 ton buğda növü, vələmir, raps, günəbaxan, bulğur və soya toxumlarının tədarükü barədə də razılaşma olub.

"Həm də Rusiya maraqlarının təmin olunması və fövqəladə vəziyyətlərin qarşısının alınması məsələsinə toxunulub. Hərbi-müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi barədə razılaşma xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, yaxın vaxtlarda S-300 zenit-raket sistemlərinin və zərbə pilotsuz aparatlarının tədarükü qeyd edilməlidir ki, bu, həm Qırğız Respublikasının, həm də Avrasiya İqtisadi İttifaqının (AAİİ) və Kollektiv Müdafiə Müqaviləsi Təşkilatının (KMMT) xarici sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında Rusiyanın mühüm töhfəsi olacaq" - mətbuat katibi qeyd edib.

Bayterek Qığızıstan prezidenti Jarapovun ilk rəsmi xarici səfərini dolğun və məhsuldar adlandırıb. Moskvada keçirilən görüşlərdə prezident öz ölkəsinin və KTMT-nın xarici sərhədlərinin təhlükəsizliyinin təmini, iqtisadi əməkdaşlığın gücləndirilməsi, o cümlədən, yeni investisiya layihələrinin açılması, əmək miqrantları problemi, qaz və yanacaq-sürtgü materialları (YSM) tarifləri məsələlərini və s. müzakirə edib.

AzPolitika.info

Mənbə: azpolitika.info