Rokfeller ailəsi BMT-nin qərargah binasının yerləşdiyi əraziyə də tamah salıb

Rokfeller ailəsi BMT-nin qərargah binasının yerləşdiyi əraziyə də tamah salıb

“Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki baş qərargahının yerləşdiyi ərazi dünya təşkilatına aiddir və Pablo Pikassonun məşhur əsərlərindən olan Gernika kimi Rokfeller ailəsinə qaytarılmayacaq”.

“Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

“Bu torpaq bağışlanıb, ona görə bizə məxsusdur və geri qaytarmağımızı istəyə bilməzlər”-deyə, BMT rəsmisi bildirib.

Qeyd edək ki, BMT-nin qərargah binasının yerləşdiyi torpaq sahəsi 1940-cı illərin ikinci yarısında Con Rokfeller tərəfindən dünya təşkilatına bağışlanıb.

İndi isə 100 milyardları olan bu ailə həmin ərazini geri almaq istəyir.

Mənbə: azpolitika.info