Bayden Səudiyyə Ərəbistanına qarşı siyasəti açıqlayacaq

Bayden Səudiyyə Ərəbistanına qarşı siyasəti açıqlayacaq

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Cozef Bayden ötən gün Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ilə apardığı danışığında Vaşinqtonun martın 1-də ər-Riyadla bağlı əhəmiyyətli siyasət dəyişikliklərini elan edəcəyini söyləyib.

"Ötən gün vəliəhdlə yox, kralla danışdım. Ona qaydaların dəyişdiyini və bu gün və bazar ertəsi günlərində əhəmiyyətli dəyişiklikləri elan edəcəyimizi açıq şəkildə söylədim", - deyə "Univision" televiziya kanalına müsahibəsində bildirib.

"İnsan hüquqları pozuntularına görə onları mühakimə edəcəyik”, - deyə Cozef Bayden qeyd edib.

Cozef Bayden Səudiyyə Ərəbistanının ABŞ-la əməkdaşlıq etmək istəyirsə, insan hüquqlarını qorunmasının zəruriliyini diqqətə çatdırıb.

Mənbə: eastnews.org