Yəmənli lider BMT Təhlükəsizlik Şurasını tənqid etdi

Yəmənli lider BMT Təhlükəsizlik Şurasını tənqid etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi qərb ölkələrinin Yəmənə qarşı mövqelərini tənqid edib.

Məhəmməd Əli Husi açıqlamasında bildirib ki, Məarib vilayəti barəsində bir vaxtlar səssiz qalan BMT Təhlükəsizlik Şurası bu gün gözlənilmədən səsini qaldırmağa başlayıb.

"Bu vilayət heç bir zaman sakit deyildi. Lakin biz işğalçılara və terrorçulara qarşı əməliyyata başladıqdan sonra qərb ölkələri və BMT Təhlükəsizlik Şurası hərəkətə keçdi", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.

O qeyd edib ki, Böyük Britaniya hökuməti də Məaribdə dinc sakinləri hədəfə alan Səudiyyə Ərəbistanı döyüş təyyarələrinə bomba tədarükü etməyi dayandırmalıdır.

Mənbə: eastnews.org