Erməni siyasi xadim: “Ordu təmsilçisi siyasi mübarizəyə qoşulmalıdırsa, qoy rütbələri çıxarsın”

Erməni siyasi xadim: “Ordu təmsilçisi siyasi mübarizəyə qoşulmalıdırsa, qoy rütbələri çıxarsın”

“Düşünmürəm ki, ordunun siyasətə müdaxiləsi düzgünür”. Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Artur Harutyunyan deyib.

Digər erməni siyasi xadim Bağunts isə bildirib ki, ordu təmsilçisi siyasi mübarizəyə qoşulmalıdırsa, qoy o, rütbələri çıxarsın və vətəndaş kimi iştirak etsin.

“2008-ci ilin “1 Mart” hadisələri bir çox platformalarda və bir çox siyasi qüvvələr tərəfindən qınanıb və istənilən dövlətin ordusunun nümayəndəsi siyasi məsələlərin həllində iştirak etməməlidir”, - deyə Bağunts qeyd edib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az