Coğrafiya İnstitutu Xocalı soyqırımı ilə bağlı 3 min ədəd kitab hədiyyə edib

Coğrafiya İnstitutu Xocalı soyqırımı ilə bağlı 3 min ədəd kitab hədiyyə edib

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar akademiklər Cəlal Əliyev və Budaq Budaqovun müəllifi olduqları “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı” kitabını Azərbaycan, ingilis və rus dillərində 2000 ədəd olmaqla Abşeron məktəblilərinin kitab fonduna, 1000 ədədini isə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyinə hədiyyə edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Təhsil Şöbəsinin keçirdiyi “Tarixi həqiqətin soyqırımı” adlı tədbirdə çıxış edən institutun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, eləcə də mənfur qonşularımızın iç üzünü, təcavüzkar xislətini tanımaqda rolunu diqqətə çatdırıb.

Tədbirin sonunda Abşeron Rayon Təhsil Şöbəsi və “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyi Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovu və Aida Aslanovanı təşəkkürnamə və fəxri diplomla təltif edib.

Mənbə: azertag.az