ABŞ Yunanıstana 9 milyon dollar dəyərində hərbi texnika hədiyyə edib

ABŞ Yunanıstana 9 milyon dollar dəyərində hərbi texnika hədiyyə edib

ABŞ Yunanıstan Müdafiə Nazirliyinə müxtəlif hərbi təyinatlı məhsullar hədiyyə edib. Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Yunanıstandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, hədiyyə edilən hərbi məhsulların ümumi dəyəri 9 milyon dollardır. Buraya rabitə qabiliyyətini gücləndirmək üçün radiolar da daxil olmaqla müxtəlif hərbi texnikalar daxildir.

Qeyd edək ki, ABŞ və Yunanıstan arasında son illər müdafiə sənayesi ilə bağlı önəmli müqavilələr imzalanıb. Yunanıstan ABŞ-dan F-35 döyüş təyyarələri almaq niyyətindədir. Bundan başqa, ABŞ Yunanıstanın mövcud F-16 döyüş təyyarələrini modernləşdirir.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az