Ukraynada son sutkada koronavirusdan 151 nəfər ölüb

Ukraynada son sutkada koronavirusdan 151 nəfər ölüb

Ukraynada son sutka ərzində 8172 nəfər koronavirusa yoluxub ki, bu da son günlərin yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma İvano-Frankovsk və Jitomir vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 2806-sı xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilir.

Ötən gün ölkədə koronavirusdan ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, son sutkada Ukraynada 151 nəfər bu xəstəlikdən həyatını itirib.

Fevralın 25-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 342 min 16 yoluxma faktı təsdiqlənib. 1 milyon 168 min 321 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 25 min 893 nəfərdir.

Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün vilayətlərdə göstəricilərə əsasən karantin rejimini sərtləşdirib.

Emil Hüseynli

 

Mənbə: azertag.az