Baydendən İrana MESAJ: "Cəzasız qalmayacaqsınız"

Baydendən İrana MESAJ: "Cəzasız qalmayacaqsınız"

"İran, cəzasız qalacaqmış kimi hərəkət edə bilməzsiniz, diqqətli olun".

"Sherg.az" "Haber Global'a istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Co Bayden dünən təşkil etdiyi mətbuat konfransında müvafiq Suriya-İraq sərhədi ərazisinə edilən hava hücumu ilə əlaqədar verilən sualı cavablandırarkən deyib.

ABŞ Prezidentinin açıqlaması Müdafiə Nazirliyi (Pentaqon) hücumu ətraflı izah etdikdən sonra verilib.

eyd edək ki, Müdafiə Naziriliyinin sözçüsü Con Kirbi, ABŞ qüvvələrinin dünən Suriyada təşkil etdiyi hücumda 'İranın dəstəklədiyi milislərə aid' olduqlarını iddia etdikləri 9 binanın tamamilə dağıdıldığını və 2 binanın yararsız hala gətirildiyini bildirib.

Mənbə: sherg.az