Ermənistanın BQ rəisi Armen Sarkisyana yüzlərlə fakt təqdim edib

Ermənistanın BQ rəisi Armen Sarkisyana yüzlərlə fakt təqdim edib

“Generalitet və Baş Qərargah rəisi müharibə zamanı Nikol Paşinyanın məntiqsiz və xain göstərişləri ilə bağlı prezidentə yüzlərlə fakt təqdim edib, qərarlarını dəyişməyəcəklərini, onun uzaqlaşmalı olduğunu bildirib”. Ordu.az xəbər verir ki, bu barədə ermənilərə məxsus “Mediaport” teleqram kanalı bildirir.

Kanalın məlumatına görə, Ermənistan prezidenti Armen Sarkisyan sözün əsl mənasında Baş Qərargahdan çaşqın vəziyyətdə çıxıb.

Qeyd olunur ki, Nikol Paşinyan gizli səfərlə Ermənistan prezidentinin yanında olub, onu Onik Qasparyanın azad edilməsi əmrini imzalamağa inandırmağa çalışıb.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az