Türkiyəli nazir müavini: Dünya birliyindən Xocalı soyqırımı ədalətli mövqe tələb edirik

Türkiyəli nazir müavini: Dünya birliyindən Xocalı soyqırımı ədalətli mövqe tələb edirik

Xocalı soyqırımı XX əsrdə insanlıq əleyhinə amansızcasına törədilmiş cinayətdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir dünyanın gözü qarşısında erməni vandallarının uşaq, qadın və qocalara rəhm etmədən törətdiyi Xocalı soyqırımı insanlıq tarixinin üz qarasıdır. Xocalı soyqırımı qurbanlarını faciənin 29-cu ildönümündə ehtiramla yad edir, dünya birliyindən bu faciə ilə bağlı ədalətli mövqe gözləyir və tələb edirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran söyləyib.

Türkiyənin əvvəllər olduğu kimi, indi də Xocalı soyqırımı başda olmaqla, insanlıq əleyhinə törədilən bütün cinayətlərə qarşı olduğunu, bu mövqenin bundan sonra da dəyişməyəcəyini diqqətə çatdıran nazir müavini deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənə layiqli cavab verərək, torpaqlarını işğaldan azad etdi. Bu, Azərbaycan və Türkiyənin ortaq mənəvi zəfəridir. Şəhidlərimizə borcumuzu yalnız və yalnız birliyimiz və birgə mübarizəmizlə qaytara bilərik. Xocalı soyqırımını beynəlxalq aləmdə tanıtdırmaq və soyqırımı aktı kimi qəbul etdirmək ümumi məsələmizdir. Bu işdə hər zaman Azərbaycanın yanındayıq”.

Sabir Şahtaxtı

Mənbə: azertag.az