Ermənistan BQ-nin bəyanatını imzalamış hərbçilərin bir hissəsi məğlubiyyətdə böyük töhfəyə malik olub

Ermənistan BQ-nin bəyanatını imzalamış hərbçilərin bir hissəsi məğlubiyyətdə böyük töhfəyə malik olub

“Ermənistan Baş Qərargahının məlum bəyanatı hərbi çevriliş cəhdi deyildi, amma Ermənistan konstitusiyasının 14 maddəsinin və müdafiə haqqında qanunun pozuntusunu ehtiva edirdi”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının proqramlar koordinatoru Daniel İoannisyan deyib.

“Bu bəyanatın dərin kökləri hara aparır?” sualına cavab olaraq İoannisyan qeyd edib ki, onun təəssüratına görə, “17” Baş Qərargahla intensiv şəkildə işləyib, Baş nazirin “qəhrəman” rütbəsi verdiyi Tiran Xaçatryan isə müharibənin səbəbləri haqqında bir çox suallara cavab verməlidir.

“Baş Qərargahın bəyanatını imzalamış hərbçilərin bir hissəsi məğlubiyyətdə böyük töhfəyə malik olub”, - deyə o bildirib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az