İsrail ABŞ-dan CH-53K helikopterlərinin alınmasına qərar verib

İsrail ABŞ-dan CH-53K helikopterlərinin alınmasına qərar verib

İsrail Müdafiə Nazirliyi ABŞ-ın “Lockheed Martin” şirkətindən CH-53K helikopterlərinin alınmasına qərar verib. Ordu.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə naziri Benni Qantz məlumat verib.

O qeyd edib ki, Hərbi Hava Qüvvələrinə yeni ağır yük helikopterlərinin alınması İsrail Müdafiə Qüvvələrinin imkanlarını daha da artırmaq üçün əhəmiyyətli addımdır.

İsrail bundan əvvəl də ABŞ-dan CH-53 helikopterləri alıb. Helikopterlərdən bəziləri qəzaya uğrayıb.

İsrail CH-53K helikopterlərinin nə vaxt alınacağını bildirməyib.

 

Mənbə: ordu.az