Ermənistanın sabiq BQ rəisi: “Paşinyan ordunun nüfuzunu tozsoran səviyyəsinə endirib”

Ermənistanın sabiq BQ rəisi: “Paşinyan ordunun nüfuzunu tozsoran səviyyəsinə endirib”

“Ermənistanda ordu çevrilişlə məşğul olmur, düşünürəm ki, Baş Qərargah rəisi bütün komandirlərin adından öz fikrini bildirib”.
Ordu.az xəbər verir ki, bunu SSRİ və Rusiya Silahlı Qüvvələrinin general-leytenantı, 1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, 1993-cü ildə Müdafiə naziri vəzifəsinin müvəqqəti əvəzedicisi olmuş Norat Ter-Qriqoryants İrəvanda hökm sürən vəziyyətə toxunarkən deyib.

Onun sözlərinə görə, Paşinyan zabitləri vəzifələrindən azad etməyə davam edir, bu da ordunun ünvanına təhqirdir.

Norat Ter-Qriqoryants deyib ki, Nikol Paşinyan ordunun nüfuzunu tozsoran səviyyəsinə endirib.

Mənbə: ordu.az