Ermənistan Prezidentinin saat 6-ya qədər zamanı var: Qərar verməlidir

Ermənistan Prezidentinin saat 6-ya qədər zamanı var: Qərar verməlidir

"Hazırda Prezidentin Baş Qəragah rəisi Onik Qasparyanla bağlı mövqeyi bizə məlum deyil. Məsələnin həlli üçün saat 6-ya qədər zaman var".

Cebhe.info xəbər verir ki, bunu müxalifətdə olan "Vətən" Partiyasının sədri Artur Vanesyan deyib.

O bildirib ki, bu gün Prezidentlə görüş olmayıb: "Bilirik ki, Prezident qərarı 6-ya qədər qəbul etməlidir. İnanırıq ki, o, Ermənistanın maraqlarına xidmət edəcək qərar verəcək".

Partiya sədri ümid etdiyini bildirib ki, Prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi qərarını təsdiqləməyəcək.

Mənbə: cebhe.info