“Ermənistanda hərbi çevrilişə Qərb mane oldu” - rusiyalı politoloq

“Ermənistanda hərbi çevrilişə Qərb mane oldu” - rusiyalı politoloq

“İsgəndər” böhranı artıq Rusiya və Azərbaycan tərəfinin bu raketlərin Qarabağa atılması ilə bağlı xəbərləri təkzib etməsi ilə yoluna qoyulub”.

KONKRET.az-ın məlumatına görə, bunu “Vestnik Kavkaza” saytına rusiyalı politoloq Andrey Petrov deyib.

Onun sözlərinə görə, Paşinyan ona “İsgəndər” operativ-taktiki raket kompleksləri ilə bağlı yanlış məlumat verildiyini etiraf etməklə canını qurtara bilərdi ki, bu da onsuz da onun ölkədə aşağı olan nüfuzuna xələl gətirməzdi. “Amma onun komandasında baş qərargah rəisinin müavini Tiqran Xaçatryanın istefasına mane ola biləcək bir adam tapılmadı və bu da nəticə etibarilə hərbçilərlə böhranın tətiklənməsinə gətirdi”, – deyə ekspert qeyd edib.

Politoloq Nikol Paşinyanın ordu üzərində hökumətin nəzarətini təmin edə biləcəyinə şübhə edir: “Hakimiyyətinin başlanğıcda Paşinyanın arasında Sərkisyan və Köçəryanın çox saylı adamlarının olduğu yüksək zabitlərə təsiri yox idi və son illərdə onun vəziyyəti necə dəyişdirə bildiyini qiymətləndirmək çətindir. Üstəlik, Qarabağ müharibəsindəki məğlubiyyətə görə ölkədə bir qayda olaraq, ali baş komandan Paşinyanı günahlandırılır. Ordu Paşinyan rejiminin ölkə ilə münasibətlərində açıq-aşkar ən incə yeri idi və olaraq qalmaqdadır. Belə bir şəraitdə baş nazir heç olmasa ordunun narazılığını artırmamaq üçün əlindən gələni etməlidir”.

Rusiyalı ekspertin fikrincə, N. Paşinaynın mövqeyini laxlamağa qoymayan yeganə amil vətəndaşların Nikolun alternativlərinin ondan betər olacağı haqda qənaətidir. “Lakin bu faktor onun hakimiyyətdə qalacağına çox da etibarlı zəmanət sayılmaz. Rejim kövrəkdir və siyasi mübarizədə üçüncü qüvvəyə çevrilə biləcək orduya qarşı sərtlik nümayiş etdirməyin zamanı deyil. Üstəlik, hazırda gördüyümüz kimi, Ermənistan ordusunun siyasi mübarizə aparmaq kimi planı yoxdur. O, yalnız özününküləri hücumlardan qoruyur. Hərbçilər tankları İrəvanın mərkəzinə yeridə və hakimiyyəti zorla ələ də ala bilərdilər. Onlar isə yalnız Nikol Paşinyanın istefası tələbi ilə çıxış etdilər” – ekspert vurğulayıb.

Fikrinə davam edən analitik deyib: “Əlbəttə ki, müxalifət dərhal vəziyyətdən istifadə etməyə çalışdı. Nəticə etibarilə tarix yenidən Paşinyan rejimi ilə onun əvvəlki rəqiblərini (keçmiş hakimiyyətləri) toqquşdurdu. Lakin Nikol Paşinyan bu dəfə enerjili davrandı, öz mitinqini təşkil etdi, arvadı və uşaqları ilə izafi qorunma olmadan izdihamla bir yerdə oldu, “məxməri inqilab” dövründə olduğu kimi açıq bir məkanda çıxış elədi, siyasi müxaliflərin bütün tələblərindən imtina etdi, bütün iddialara cavab verdi və təklif elədi ki, həqiqətən onu devirmək istəyirlərsə, qoy elə orada – meydanda onu öldürsünlər”.

Analitik güman edir ki, son olaylar fonunda N.Paşinyanı öldürmək imkanları kifayət qədər olub, lakin onun düşmənləri sırasındakı hərbi cinayətkarlar buna getmədilər.

“Bu da baş nazir tərəfdarlarında Paşinyan rejiminin təhlükəsizlikdə olduğu qənaətini yaratdı. Az sonra, axşam saatlarında Ermənistan Qərbdən bir neçə siqnal aldı ki, ordu siyasi proseslərə hər hansı bir şəkildə müdaxilə etməməlidir. Bununla da hərbi çevrilişin ləğv edildiyi aydın oldu. Aydın oldu ki, erməni elitaları ABŞ-dan gələnı təlimatlara qarşı çıxmayacaq. Təəccüblü deyil ki, bu gün müxalifət “hərbi çevriliş” ifadəsinin yalnız Nikol Paşinyan və Türkiyə tərəfindən istifadə edildiyi barədə danışmağa başlayıb: deməli, ordu Nikol Paşinyana qarşı praktik mübarizədə iştirak etmək fikrindən qəti olaraq imtina edib. Opponentlər isə orduya dəstək çağırışlarından baş naziri Ankara ilə əlaqələrdə suçlamaq yoluna dönüblər. Dünən Ermənistanda dramatik bir şey baş verə bilərdi, amma vermədi”, – deyə rusiyalı təhlilçi Qərb amilinə bir daha diqqət çəkib. (musavat.com)

Mənbə: konkret.az