"Sərkisyan o sənədi imzalamasa..." - Manukyandan kritik açıqlama

Prezident Armen Sərkisyan Baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması ilə bağlı təqdimatı imzalayacağı təqdirdə ordu qanunsuz əmrə tabe olmamalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri erməni müxalifətini təşkil edən 17 partiyanın baş nazirliyə vahid namizədi Vazgen Manukyan jurnalistlərə deyib.

Manukyan əmindir ki, prezident Armen Sərkisyan sənədi imzalamadan geri qaytaracaq: “Əks təqdirdə Prezident İlham Əliyevin Ermənistanın öldüyünü və ayağa qalxmayacağını söyləməsi təsdiqlənəcək. Buna baxmayaraq, bu olmazsa, ordu qanunsuz bir əmrə tabe olmamalıdır”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Dinozavrların kökünü Yupiter planeti kəsibmiş (ARAŞDIRMA)

SONRAKI XƏBƏR

Mətbuat konfransındakı önəmli məqamlar: Prezident bütün suallara aydınlıq gətirdi - ŞƏRH