Ermənistana qarşı təzminat davası - VİDEO

Ermənistana qarşı təzminat davası - VİDEO

30 il müddətdə Ermənistanın işğalı nəticəsində yurd yuvasından didərgin düşən Qarabağdan olan soydaşlarımız dəymiş maddi və mənəvi ziyana görə, rəsmi İrəvandan təzminat tələb edirlər. Onlar Müzəffər ali baş komandanın siyasəti, rəşadətli Azərbaycan ordusunun gücü ilə 44 günlük müharibədə 30 illik arzularına qovuşsalar, illərdir köçkünlük həyatı yaşadıqlarını da unutmurlar.

Yaxınları, doğmaları 1993-cü illərdə itkin düşən və ya əsir götürülən, hələ də xəbər gözləyən vətəndaşlarımızın yaxınları da Ermənistandan buna görə kompensasiya tələb edə bilər. Hüquqşünas İlhamə Həsənovanın da sözlərinə görə, buna qanun yol verir və artıq müraciətlər var.

Ermənistanın Qarabağda məscidləri, qəbiristanlıqları və yaşayış ərazilərini dağıtması, 44 günlük Vətən Müharibəsində ətraf şəhərlərə vurduğu ziyan, mülki insanları qətlə yerməsi, 10 noyabr bəyanatından sonra isə Ağdam, Kəlbəcər və Laçını tərk edən ermənilərin dayanmadan meşələri, evləri yandırması ilə bağlı Azərbaycan höküməti beynəlxalq məhkəmələrə müraciət edib. Ziyanın qiymətləndirilmsi üçün prezidentin tapşırığına əsasən komissiya yaradılıb və hazırda bu istiqamətdə işlər gedir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib. Vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur. Hazırki sənəd isə azərbaycanb ermənistana dövlətlərarssı səviyyədə ilk məhkəmə iddiasıdır. Belə bir təcrüb əsirlərdir ki, mövcuddur. İraq 1990-cı ildə Küveyti işğal etdiyinə görə bu ölkəyə təzminat ödəyir. İkinci dünya müharibəsindən sonra Almaniya da İsrailə kompensasiya ödəyib.

Mənbə: www.realtv.az