“Past”: Bir sıra erməni diplomatlar Paşinyanın istefasını tələb edəcəklər

“Past”: Bir sıra erməni diplomatlar Paşinyanın istefasını tələb edəcəklər

Xüsusən müharibədən sonra Nikol Paşinyan təkcə məhz Paşinyanın yox, həmçinin Ermənistan və ermənilərin ünvanına ardıcıl şəkildə bəyanatlar verən İlham Əliyevə heç vaxt qarşı çıxmayıb. Ordu.az “Past” nəşrinə istinadən xəbər verir ki, Paşinyan Xarici İşlər Nazirliyinə də cavab verməyə icazə vermir.

“Üstəlik, təkcə Azərbaycan yox, həm də Türkiyə məsələsində.

Diplomatik korpusun nümayəndələrinin əksəriyyətinin səbr kasası dolub. Dünən axşam məlumatlar alırdıq ki, səfirlər də daxil olmaqla bir sıra diplomatlar Paşinyanın istefası tələbi ilə çıxış edəcəklər”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az