Artur Vaneçyan: "Ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdidlər var"

“Ölkəmizin təhlükəsizliyinin təməli dağıdıldı. Polis və Milli Təhlükəsizlik Xidməti yalnız bir problemlə – hakimiyyətin saxlanılması ilə məşğuldur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vaneçyan jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, “Bir çox problemimiz var. Ən əsası isə ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdidlər var və bu problemləri həll etmək üçün qollarımızı yanımıza salıb durmalı deyilik”.

Vaneçyan hesab edir ki, təhlükəsizliyin təmin edilməsindən məsul olan strukturlar hazırda müxalifətə qarşı işləyir. Halbuki ölkənin daha ciddi problemi olan əsirlərin geri qaytarılmasıdır. Bu məsələlər hələ tam həllini tapmayıb:

“Əsirlərin geri qaytarılması və itkin düşənlərin axtarışı niyə həll olunmayıb? Noyabrın 9-da imzalanan sülh anlaşmasında bu məqam açıq şəkildə ifadə edilib. Bəs niyə bu maddə tam tətbiq olunmadı? Niyə bütün bəndlər yerinə yetirildi və bu, ən vacib məqam yerinə yetirilmədi?”.

Rəsmiyyə Şərifova,

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”

SONRAKI XƏBƏR

Paşinyanın mühafizəçiləri də ondan boyun qaçırdılar