Daha bir general Paşinyana qarşı çıxdı

Daha bir general Paşinyana qarşı çıxdı

Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin keçmiş rəhbəri, general-mayor Armen Kaqramanyan Silahlı Qüvvələrin Baş Qərargahına dəstək nümayiş etdirib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulduğunu bildirib.

“Birmənalı dəstəyimi bildirirəm. Baş Qərargah rəisinin və bəyanatı imzalayan zabit korpusu üzvlərinin dedikləri tamamilə doğrudur”, - deyə ehtiyatda olan erməni general vurğulayıb.

Ermənistan Silahlı Qüvvələrinin bütün bölmələrinin baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulduğu qeyd edilir.

Mənbə: azvision.az