ABŞ-da ərzaq böhranının yaranması, əhalinin qida ehtiyatı toplaması və sığınacaqlar tikməsi üçün heç bir əsas yoxdur.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“Yaxınlaşan böhranın əlamətlərini görmürük. Lakin hər şeyə hazır olmalıyıq”, - deyə Vens vurğulayıb.
Vitse-prezident bildirib ki, dövlət mümkün olan ən pis ssenarinin qarşısını almağa çalışır. Onun sözlərinə görə, ölkə rəhbərliyi istənilən böhran vəziyyətinə hazır olmalıdır. Silahlı qüvvələrin hazırlığı da məsuliyyətli dövlətin adi fəaliyyətinin bir hissəsidir.
Vens hazırda böhranın yaxınlaşdığını göstərən heç bir əlamətin olmadığını qeyd edərək əhalini təşvişə düşməməyə çağırıb.
Müəllif: Adəm
Mənbə: publika.az