ABŞ-İran müharibəsi: Səudiyyə Ərəbistanı da qoşulacaq - DÜNYA TƏŞVİŞ İÇİNDƏ... / MƏTN

ABŞ-İran müharibəsi: Səudiyyə Ərəbistanı da qoşulacaq  - DÜNYA TƏŞVİŞ İÇİNDƏ... / MƏTN

800 il tarixi olan mətndə yer alan öncəgörmələr dünyada dəhşət effekti yaradıb.

Redaktor.az xəbər verir ki, mətndə ABŞ-ın İran və Səudiyyə Ərəbistanı ilə qarşıdurmaya cəlb ediləcəyi və müharibənin dünyaya böyük çəkişmə və qaranlıq gətirəcəyi qeyd olunub.

ABŞ-ın koronavirus epidemiyası bitmədən İranla müharibəyə başlayacağı sirli mətndə iddia olunur.

Mətn Yalkut Şimoninin 13-cü əsrdə Yalkut Şimoninin bir fəsli əsasında 1939-cu ildə nəşr olunan Yalkut Yishayauda öz əksini tapıb. Orada bu fikirlər yer alıb:

"Fars kralı Ərəbistan kralını təhrik edəcək və Ərəbistan kralı onlardan məsləhət almaq üçün Edoma gedəcək. Fars kralı bütün dünyanı məhv edəcək və dünyadakı bütün cəmiyyətlər titrəyəcək, təşvişə düşəcək və doğuş zamanı olduğu kimi sancılar hiss edəcək".

Mətn İbrani dilində yazılıb və deşifrə edilərkən yuxarıda qeyd olunan fikirlərə rast gəlinib.

Mənbə: redaktor.az