Bu ölkə vətəndaşları İrana gələ bilməz – QƏRAR

Bu ölkə vətəndaşları İrana gələ bilməz – QƏRAR

Tehran 32 ölkənin vətəndaşlarına İrana girişi qadağan edib.

ONN media xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı qərar qəbul edib.

Qərara əsasən, Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Botsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Fransız Qvineyası, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel adaları, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve vətəndaşları İran ərazisinə daxil ola bilməz.

Qurumun rəsmisi Məhəmməd Həsən Zibakş qərarın koronavirusun yeni ştamlarının qarşısını almaq məqsədi daşıdığını deyib.

 

Mənbə: onn.az