İsrail rəsmisi kralla gizli görüş keçirdi

İsrail rəsmisi kralla gizli görüş keçirdi

İsrailin müdafiə naziri Benni Hans İordaniya Kralı II Abdulla ilə gizli görüş keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.

Məlumata görə, görüş İordaniyada keçirilib, keçirildiyi vaxt isə məlum deyil.

Hans “Kaxol Lavan” Partiyasının fəalları ilə danışdığı zaman həmin görüşlər barədə söz açıb.

“Kral Abdulla və İordaniya rəsmiləri ilə fasiləsiz təmasdayam. Təəssüf ki, Benyamin Netanyahu (İsrailin Baş naziri, – red.) İordaniyada arzuolunmaz fiqurdur və onun iştirakı ölkələrimiz arasında münasibətlərin inkişafına ziyan vurur”, – deyə Hans bildirib.

Mənbə: konkret.az