“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çinin Şençjen şəhərində keçirilən sammitində ABŞ nümayəndə heyətinin tərkibində yer alıb.
Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Donald Tramp səfər üçün ayrıca biznes nümayəndə heyəti formalaşdırmayıb.
İlon Mask isə ABŞ prezidentini müşayiət edən şirkət rəhbərləri arasında əsas fiqur olub. Ehtimal edilir ki, Mask Trampın müşaviri qismində çıxış edə bilər. Lakin o, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlara qatılmayacaq.
Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Şençjendə keçirilir. Donald Tramp Filippinə səfərindən sonra Çinə gəlib. Onu hava limanında şəxsən Si Cinpin qarşılayıb.
Mənbə: bizim.media