Şarl Mişelin Gürcüstana səfəri başladı

Şarl Mişelin Gürcüstana səfəri başladı

Avropa Birliyinin (AB) Prezidenti Şarl Mişel rəsmi səfərlə Tbilisiyə gəlib.

Publika.az xəbər verir ki, AB Prezidentini az əvvəl Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani, Birliyin Gürcüstandakı səfiri Karl Hartzel və Gürcüstanın Avropadakı səfiri Natali Sabanadze qarşılayıb.

Rəsmi görüşlərə 1 martdan başlayacaq Ş.Mişel ilk öncə Prezident Salome Zurabişvili ilə görüşəcək ardından birgə mətbuata açıqlamalar veriləcək. Daha sonra isə AB Prezidenti Baş nazir İrakli Qaribaşvili və Parlamentin sədri Arçil Talakvadze ilə bir araya gələcək.

Daha sonra isə S.Mişel Gürcüstandakı siyasi partiyaların liderləri ilə görüş keçirəcək.

AB Prezidenti həmçinin işğal xəttini ziyarət edəcək və AB nümayəndəliyinin yeni ofisinin açılışında iştirak edəcək.

Ş.Mişelin Gürcüstandan 2 martda tarixində ayrılacaq.

Mənbə: publika.az