Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində

Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində

İspaniyanın "EFE" informasiya agentliyi "İlham Əliyev bildirdi ki, Ermənistan daxili böhrana baxmayaraq atəşkəsə riayət etmək məcburiyyətindədir" başlıqlı məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalədə Prezident İlham Əliyevin fevralın 26-sı 4 saatlıq mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən verdiyi açıqlamaları təqdim edilir.

Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın hərbi məğlubiyyətdən sonra yaşadığı siyasi böhranın bu ölkənin daxili işidir, lakin eyni zamanda İkinci Qarabağ Müharibəsinə son qoyan razılaşmanın həyata keçirilməsinə mane olmamalıdır.

İspan mətbuatı yazır: "Erməni ordusu cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edib, o isə öz növbəsində bu ultimatumu hərbi çevriliş cəhdi adlandırıb. Nikol Paşinyanın Rusiyanın "İsgəndər" raketlərinin guya müharibə dövründə qüsurları haqqında bəyanatının Baş qərargah rəisinin müavini tərəfindən tənqidi son danmla oldu. Baş qərargah rəisinin müavini bu tənqiddən sonra vəzifəsindən azad edilib.

Lakin həm Rusiya tərəfi, həm də Prezident İlham Əliyev xarici jurnalistlərə bildiriblər ki, Dağlıq Qarabağdakı müharibədə "İsgəndər" raketlərindən istifadə edilməyib.

Mənbə: az.trend.az