4 il sonra görüşdülər

4 il sonra görüşdülər

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Yaponiya Baş naziri Sanae Takaiçi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Yaponiyanın “Yomiuri Shimbun” nəşrinin məlumatına görə, bu danışıqlar iki lider arasında 2022-ci ildən bəri baş tutan ilk təmas olub.

Nəşrdə qeyd olunur ki, “noyabrın 18-i axşam saatlarında, APEC liderlərinin şərəfinə təşkil edilən ziyafət zamanı Yaponiya Baş naziri Takaiçi Rusiya Prezidenti Putinlə 30 dəqiqəlik fikir mübadiləsi aparıb. Hər iki lider gələcəkdə müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər”.

Mənbə: qafqazinfo.az