Türkiyə XİN-dən Afinaya: Bu əməllərə son qoyun!

Türkiyə XİN-dən Afinaya: Bu əməllərə son qoyun!

Yunanıstan hökuməti ölkə ərazisindən miqrantların qovulmasını dayandırmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Yunanıstan hökumətini və qaçqınların qovulmasında iştirak edənləri AB qanunvericiliyi və 18 mart 2016-cı il razılaşması ilə təsbit edilən insan haqları müddəalarına riayət etməyə və bu əməllərə son qoymağa səsləyirik”, – deyə XİN-nin məlumatında deyilir.

Mənbə: konkret.az