ABŞ Myanmaya qarşı yeni tədbirlər görməyi planlaşıdırır

ABŞ Myanmaya qarşı yeni tədbirlər görməyi planlaşıdırır

ABŞ nümayişçilərlə münasibətdə zorakılıq nümayiş etdirildiyinə görə Myanmaya qarşı yeni tədbirlər görməyə hazırlaşır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan bildirib.

“Baş verən şiddət tətbiqi və son çevrilişlərdə məsuliyyət daşıyanları cavab verməyə məcbur etmək üçün əlavə tədbirlər görməyə hazırlaşırıq. Xəbərləri qarşıdakı günlərdə bölüşəcəyik”, - deyə Sallivanın yazılı açıqlamasında qeyd olunub.

Mənbə: apa.az