AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirdi

AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirdi

"Azərbaycan Televiziya və Radio verilişləri QSC-yə aid olan televiziyalarda həyata keçirilən dəyişikliklərlə bağlı yayılan dezinformasiyalar, xüsusən də kanalların loqoları həqiqəti əks etdirmir".

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AzTV yayıb.

"Yaxın zamanlarda ciddi format və qrafika, texniki və studiya dəyişiklikləri olacaq, xüsusən də AzTV kanalı yeni formatda yayımlanacaq və bu proses baş verəndən sonra ictimaiyyətə daha geniş məlumat veriləcək.

Lakin buna qədər həmkarlarımızdan dəqiqləşdirilməyən məlumatlardan, xüsusən də yanlış loqolardan istifadə etməməyi xahiş olunur", - məlumatda qeyd olunub. (Apa.az)

Bizim.Media

Mənbə: bizim.media