Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə Çində keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
O, Donetsk vilayətinin 10 faizinin Ukraynanın nəzarətində olduğunu deyib.
“Kiyev bildirir ki, Donetsk vilayətinin qalan 10 faiz ərazisini hələ bir müddət saxlaya biləcək. Amma sonradan həmin əraziləri saxlaya bilməyəcəklərsə, bu 10 faizi əldə saxlamağın mənası varmı? Məncə, bu, tamamilə qanuni sualdır”, – deyə Putin jurnalistlərə səslənib.
Xatırladaq ki, Rusiya ordusu Donetsk vilayətinin 90 faizini işğal edib.
Mənbə: bizim.media