Monqolustan prezidentinin istefası parlamentdə təsdiqləndi

Monqolustan prezidentinin istefası parlamentdə təsdiqləndi

Monqolustan parlamenti prezident Uxnaaqiyn Xurelsuxun istefa müraciətini qəbul edib.

Dövlət agentliyi MONTSAME-nin məlumatına görə, səsvermədə iştirak edən 124 deputatdan 104-ü istefanı dəstəkləyib.

Xatırladaq ki, prezident Demokratlar Partiyasının yüksək vəzifəli şəxsləri, o cümlədən dövlət başçısını korrupsiyada ittiham etməsindən sonra istefa verdiyini açıqlamışdı. Xurelsux böhtana məruz qaldığını bildirərək, aidiyyəti qurumlara müraciət edəcəyini demişdi.

Müəllif: Adəm

Mənbə: publika.az