Yeddinci reys: Deportasiya edilən erməniləri gətirən daha bir təyyarə İrəvana endi

Yeddinci reys: Deportasiya edilən erməniləri gətirən daha bir təyyarə İrəvana endi

Almaniyadan deportasiya olunmuş Ermənistan vətəndaşlarını daşıyan yeni reys rəvana çatıb.

Uçuş noyabrın 19-da baş tutub. Bu, 2026-cı ilin əvvəlindən bəri Almaniyadan İrəvana edilən yeddinci belə uçuşdur.

Deportasiya edilən Ermənistan vətəndaşlarının sayı barədə heç bir məlumat yoxdur.

Qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyəti uçuşlar və digər ölkələrdən deportasiya edilən Ermənistan vətəndaşlarının sayı barədə məlumat verməkdən imtina edir.

Əvvəlki uçuş oktyabr ayında həyata keçirilmişdi.

Müəllif: Tural

Mənbə: publika.az