Estoniyanın müvəqqəti işlər vəkili Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, buna Estoniyanın Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini birtərəfli bağlamaq qərarı səbəb olub.
“Ölkəmizə qarşı düşmənçilik xarakterli hərəkətlərin qəbuledilməzliyi ilə bağlı Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq məqsədilə Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb. Rusiya tərəfi milli maraqlarını qorumaq üçün bütün zəruri siyasi və diplomatik tədbirləri görmək hüququnu özündə saxlayır”, – Zaxarova vurğulayıb.
Mənbə: publika.az