Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR -

TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranzitidir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan öz elektrik şəbəkəsini Türkiyə və Azərbaycanın enerji sistemləri ilə birləşdirməyi planlaşdırır.

Baş nazir vurğulayıb ki, bu addım regionda qarşılıqlı enerji əlaqələrinin qurulması və kommunikasiyaların açılması çərçivəsində xüsusi əhəmiyyət daşıyır.

Paşinyan həmçinin Ermənistanın artıq İran və Gürcüstanın enerji sistemlərinə qoşulduğunu və elektrik enerjisinin ötürülməsinin səmərəliliyinin artırılmasına sərmayə qoyduğunu qeyd edib.

Mənbə: musavat.com