Gürcüstan iqtidarı müxalifətlə dialoq aparır

Gürcüstan iqtidarı müxalifətlə dialoq aparır

Gürcüstanın hökumət və müxalifət nümayəndələri arasında görüş keçirilir.

Redaktor.az xəbər verir ki, görüş Gürcüstanda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutub.

Tərəflər dialoqu prezidentin Orbeliani sarayında aparırlar.

Görüşdə Ş.Mişellə yanaşı, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Aİ-nin Gürcüstandakı səfiri Kart Hartzel də iştirak edir.

Mənbə: redaktor.az