Valentina Matviyenko: “Qarabağa dair razılaşmaya əməl ediləcəyinə inanırıq”

Valentina Matviyenko: “Qarabağa dair razılaşmaya əməl ediləcəyinə inanırıq”

“Rusiya Yerevanda nə baş verməsindən asılı olmayaraq, Ermənistanın Qarabağa dair üçtərəfli razılaşmanın şərtlərinə əməl edəcəyinə inanır”.

Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

“Ermənistan rəhbərlərinin məsuliyyət hissinə çox ümidvarıq, yəni hadisələr necə olursa, olsun, ardıcıllığa riayət olunmalıdır. Həmin razılaşmaya zidd olan bütün addımlar, bütün hərəkətlər böyük faciəyə gətirib çıxara bilər, buna yol vermək olmaz”, – Rusiya rəsmisi qeyd edib.

V.Matviyenko həmçinin sözügedən razılaşma sayəsində Cənubi Qafqaza sabitlik gəldiyini də dilə gətirib: “Rusiya sülhməramlılarının yerləşdirilməsi regionda sabitlik, dinc həyata qayıdış üçün şərait yaratdı”.

Mənbə: qazet.az