“Hazırda bununla məşğuluq” – Baş nazirdən şok İran açıqlaması

“Hazırda bununla məşğuluq” – Baş nazirdən şok İran açıqlaması

İsrail Baş naziri Binyamin Netanyahu İranı bu ölkənin “MV Helios Ray” adlı yük gəmisinə hücumda ittiham edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Netanyahu deyib ki, ötən həftə Oman dənizində hərəkət edən gəmiyə qarşı həyata keçirilən hücumun arxasında İran durur:

“Bu hücum İranın işidir. Bu isə artıq bizə məlumdur. İran İsrailin ən böyük düşmənidir və biz onun qarşısını almaqda qərarlıyıq. Hazırda isə biz bütün regionda İran və onun hərbi qüvvələrini hədəfə almaqla məşğuluq”.

Qeyd edək ki, ötən həftə Baham Adaları bayrağı altında Oman dənizində üzən İsrailin “MV Helios Ray” adlı gəmisinin yaxınlığında güclü partlayış baş verib. Partlayış nəticəsində gəminin gövdəsinin alt hissəsi zədələnib.

Mənbə: teleqraf.com