Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub

Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub

Bakı. Trend:

Türkiyə aşağı və orta yoluxma riski olan vilayətlərdə həftə sonu komendant saatını tamamilə ləğv olunur.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan eyni zamanda, yüksək və çox yüksək yoluxma riski olan vilayətlərdə komendant saatı qüvvədə qalacağını da qeyd edib. Komendant saatı ölkə daxilində 21:00-dan səhər 5:00-a qədər qüvvədə olacaq.

Dövlət başçısı həmçinin bildirib ki, məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində, eləcə də 8 və 12-ci siniflərdə tədris bərpa olunacaq.

Türkiyə prezidenti, restoran, yeməkxana və bufetlərin yoluxma riski çox yüksək olan vilayətlər xaricində onların 50-dən çox olmayaraq dolması şərti ilə saat 07:00-dan 19: 00-dək davam etdirə biləcəyini deyib.

Mənbə: az.trend.az