Rusiyalı nazir müavininin Fransada bahalı daşınmaz əmlakı üzə çıxdı - Video

Rusiyalı nazir müavininin Fransada bahalı daşınmaz əmlakı üzə çıxdı -

Rusiya ədliyyə nazirinin müavini Oleq Sviridenkonun Fransa və Rusiyada ümumi dəyəri təxminən 2 milyard rubl olan daşınmaz əmlakı var.

Xarici agentlərin reyestrinə cavabdeh olan məmurun ailəsinin mülkiyyətində elit mənzillər, şəhərətrafı evlər və tennis kortu olan kottec aşkar edilib. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb.


Mənbə: bizim.media