Paşinyan xalqı mitinqə niyə məhz martın 1-i çağırıb? - 13 ilin sirri...

Paşinyan xalqı mitinqə niyə məhz martın 1-i çağırıb? - 13 ilin sirri...

“Ermənistanda Paşinyan tərəfdarlarının mitinqi açıq şəkildə Rusiyaya qarşı deyil, köhnə rejimə, yəni Koçaryan-Sarkisyan dəstəsinə qarşıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli səsləndirib. O bildirib ki, düz 13 il əvvəl Sarkisyan saxta yolla prezident seçiləndə mitinq olmuşdu, küçədə 10 nəfər nümayişçi vəhşicəsinə qətl edilmişdi. Bütün bu hadisələr isə martın 1 – i baş vermişdi. Nikol məhz buna görə mitinqi dünən – bazar günü deyil, bu gün martın 1-nə təyin etdi ki həmin hadisələri xatırlayan insanların sayı çox olsun, yaddaşlar təzələnsin”.

Natiq Cəfərli əlavə edib ki, Nikol Paşinyanın alternativi oğru, korrupsioner, qatil-xunta nümayəndələridir və xalq onlara etiraz edib Paşinyana dəstək göstərir: “Rusiya təbii ki, Nikolu sevmir, dəyişmək istəyir, amma indi yox – zəifləmiş Paşinyan Kreml üçün indiki zamanda əsl “yemdi”. Nə vaxt yerinə xalqın, heç olmasa, 50 faizinin dəstəklədiyi birini taparsa, həmən dəyişəcək. Sadəcə Kreml üçün problem odur ki, Ermənistanda yeni nəsil artıq mental olaraq Rusiyadan qopub, siyasi və iqtisadi olaraq da qopmaq istəyir. Ona görə də Kreml hələlik “pat” vəziyyətinə düşüb”…

Müşviq Tofiqoğlu

Mənbə: konkret.az