Generalın qızından atasını “satqın” adlandıran Paşinyana cavab - “Dezertir”

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyanın qızı Asmik atasını “satqın” adlandıran Baş nazir Nikol Paşinyana cavab verib.

“Qafqazinfo” xəbər verir ki, Asmik Qasparyan “Facebook” səhifəsində paylaşım edərək Paşinyanı “orduya yararsız” adlandırıb.

“Əgər bir gün “dezertir” sizə hakimlik edərsə, təəccüblənməyin... “Yararsızlar” qrupu vətənin müdafiəçilərindən danışıb, onları satqın adlandıranda gülməli görünür. Yeri gəlmişkən, bu cür insanların intonasiyası birbaşa cəbhə xəttindən uzaqlaşma dərəcəsindən asılıdır. Çox güldüm”, - deyə Qasparyanın qızı bildirib.

Xatırladaq ki, Paşinyan bu gün tərəfdarlarının mitinqi zamanı Onik Qasparyanı “Serj Sarkisyanın əmrlərini yerinə yetirən satqın” adlandırmışdı.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

"Məni neçəyə satarlar? Yəqin ki, 105 milyon avroya" - Sabiq "Milan"lı

SONRAKI XƏBƏR

"Qalatasaray" cəlbedici maaşla gənc futbolçu gətirir