İrəvanda müxalifətin mitinqi başa çatıb

İrəvanda müxalifətin mitinqi başa çatıb

İrəvanın mərkəzində parlament binası yaxınlığında keçirilən müxalifət birliyinin mitinqi başa çatıb.

APA TASS-a istinadən xəbər verir ki, mitinq zamanı Baş nazir Nikol Paşinyanın tərəfdarları ilə müxalifət qüvvələri arasında toqquşma qeydə alınmayıb.

Müxalifət liderlərindən biri qeyd edib ki, bu gün mitinq sona çatsa da, meydanı tərk etməyəcəklər.

Etiraz aksiyası təxminən üç saat davam edib. Mitinqə keçmiş KTMT baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyan da qatılıb.

 

Mənbə: apa.az