Belarus Prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktor Lukaşenkonu Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən çıxarıb.
Qazet.az xəbər verir ki, bu barədə Lukaşenko sərəncam imzalayıb.
Qeyd edək ki, V.Lukaşenko fevralın 26-da ölkənin Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Mənbə: qazet.az