Bakı.Trend:
Ermənistanın yeni Konstitusiya layihəsinə Erməni Apostol Kilsəsinə aid hissədə dəyişiklik edilib.
Bu barədə "News.Am" məlumat yayıb.
Qüvvədə olan Konstitusiyada deyilir: “Ermənistan Respublikası ilə Müqəddəs Erməni Apostol Kilsəsi arasındakı münasibətlər qanunla tənzimlənə bilər”.
Yeni layihədə isə bu müddəa belə ifadə olunub: “Ermənistan Respublikası ilə Müqəddəs Erməni Apostol Kilsəsi arasındakı münasibətlər qanunla tənzimlənir”.
Qeyd edək ki, noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin yeni Konstitusiya layihəsinin xüsusi yaradılmış saytda dərc olunduğunu elan edib. Yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almır.
Xatırladaq ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən Konstitusiya müddəası Azərbaycanla sülh sazişinin imzalanması qarşısında əsas maneələrdən biri olub. Həmin Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları yer alıb.
Mənbə: az.trend.az