Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya qəbul olunduqdan sonra Azərbaycanla sülh sazişinin imzalanacağını vəd edib.
“Qafqazinfo” xəbər verir ki, N.Paşinyan bu barədə erməni xalqına canlı yayımlanan videomüraciətində danışıb.
Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu ilə sülh sazişinin imzalanması və ratifikasiyası ilə yanaşı, həm də institusional sülh təmin ediləcək.
Paşinyan bir daha xatırladıb ki, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə istefa verəcək, yox əgər xalq Konstitusiyanı qəbul edərsə növbəti seçkilərdə Baş nazir postuna namizəd olmayacaq.
Mənbə: qafqazinfo.az