“Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Qeyd edilib ki, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Saziş 2026-cı il sentyabrın 30-u Bakı şəhərində imzalanıb.
Mənbə: qafqazinfo.az