İsrail İrandan qisas alır - Ticarət gəmisinin partladılmasına görə

İsrail İrandan qisas alır - Ticarət gəmisinin partladılmasına görə

İsrailin «Kan News», «Channel 13 News» və «Ma’ariv» qəzeti fevralın 28-də gecə saatlarında Suriyaya endirilmiş aviazərbələri ötən həftə Oman korfəzində baş vermiş partlayışa görə cavab tədbiri adlandırıb.

Xəbər verildiyi kimi, patlayış nətiсəsində İsrailə məxsus olan tiсarət gəmisi zədə alıb. Bundan əvvəl İsrailin rəsmi şəxsləri bildiriblər ki, bu diversiyanın arxasında İran və onun bölgədəki etibarlı «adamı» dayana bilər. Bu barədə bazar ertəsi «The Times of Israel» qəzeti yazıb.

Suriya dövlət KİV-ləri isə Dəməşqin cənubuna (şəhərətrafı «Səidə Zeynab» məntəqəsi) İsrailin növbəti hava reydi barədə xəbər veriblər.

Londonda yerləşən «Suriya insan haqları observatoriyası» adlı qeyri-hökumət təşkilatının məlumatına görə, sözügedən məntəqədə İran İslam İnqilabı Keşikçləri Korpusunun (İİKK) və Bəşər Əsəd tərəfindən vuruşan «Hizbullah» hərəkatının bazası yerləşir.

İsrailin «Kan News» telekanalı təsdiqləyir ki, yəhudi dövlətinin hərbi-siyasi rəhbərliyi hücumdan bir neçə saat sonra bir görüş keçirib. Görüşdə İsrail Müdafiə Ordusunun (SAXAL) Oman körfəzindəki insidentə reaksiyası müzakirə olunub.

İsrailin müdafiə naziri Beni Hants ötən şənbə günü bəyan edib ki, onun fikrincə, fevralın 25-də baş vermiş partlayışın arxasında «İran dayanır». Bundan bir gün sonra, bazar günü SAXAL-ın qərargah rəisi general-leytenant Aviv Koxavi ticarət gəmisini zədələyən partlayışı «İrandan xatırlatma» adlandırıb.

AzPolitika.info

Mənbə: azpolitika.info